SumgaitLibrary

+994 186520087




13.03.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasına 11 saylı tam orta məktəbin 2A5 sinif şagirdləri, valideynlər və müəllim heyəti tərəfindən ekskursiya edildi. Yazın gəlişiylə əlaqədar xüsusi dekorasiya ilə bəzədilmiş oxu zalında multimedia mütəxəssisi Səbinə Qasımova balacaları kitabxana qaydaları ilə tanış etdi, onlara kitabın insan həyatında böyük əhəmiyyət kəsb etdiyi məqamlar haqqında geniş məlumat verdi, daimi sərgilər ilə, kitabxananın xidmət zalları ilə onları tanış etdi. Sonra uşaqlara “Uşaq folkloru” kitabından tapmacalar və atalar sözləri oxundu.Tədbir iştirakçılarına kitabxananın multimedia mütəxəssisləri Həsənova Elza və Mahmudova Leyla tərəfindən “Qoğal” rus xalq nağılı əsasında hazırlanmış kukla tamaşası təqdim edildi. Sonra uşaqlardan Əhmədli Kənan Kosa, Hümbətzadə Raul Keçəl, Xədicə Rza Bahar qızı obrazıyla hazırladıqları səhnəciklə tədbirə xüsusi rəng qatdılar. Sonda uşaqları kitabxananın “Nağıl guşəsi”inə dəvət edən Səbinə Qasımova onları burada yaradılan şəraitlə də tanış etdi. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Facebook sosial şəbəkəsində yaradılmış "Kitabsevər uşaqlar" rəsmi səhifəsi və Youtubdakı "Kitabsevər uşaqlar" multimedia kanalının fəaliyyəti barədə ətraflı məlumat verdi. Kitabxana ekskursiyaya gələn hər bir uşağın böyük marağına səbəb oldu. Sonda 11 saylı tam orta məktəbin 2A5 sinfinin müəlliməsi Ülviyyə Bəyəliyeva maraqlı və yaddaqalan tanışlığa görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.