SumgaitLibrary

+994 186520087


Görüş

12.03.2018-ci il tarixdə S. Vurğun adına Mərkəzi kitabxanada Oxucularla üz-üzə silsiləsindən Əli Kərim adına Poeziya Evinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslı ilə görüş keçirildi. Tədbirdə Sumqayıt Dövlət Universitetinin filologiya fakultəsinin II kurs tələbələri, 5 saylı məktəbin şagirdləri, kitabxananın oxucuları iştirak etdi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın Metodika biblioqrafiya şöbəsinin böyük metodisti Natəvan Axundzadə acaraq İbrahim İlyaslının həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra İbrahim İlyaslı cıxış edərək ona ünvanlanan sualları cavablandırdı. Tədbir boyu müəllif öz şeirlərini iştirakçılara ərməğan etdi. Eləcə də Əli Kərim adına Poeziya Evinin əməkdaşı Elvin Əlizadə, SDU-nun tələbələri müəllifin şeirlərini söylədilər. Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Həmkarlar İttitaqının sədri Şahin Şəfiyev, Sumqayıt Şəhər MKS-nin direktoru Yeganə Əhymədova cıxış edərək müəllif haqqında öz ürək sözlərini söylədilər. Sonda müəllif görüşün təşkilatçılarına öz minnətdarlığını bildirdi. Qeyd edək ki, İbrahim İlyaslı 1999-cu ildə Prezident təqaüdünə, 2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb. Şeirləri 2009-ci ildə Dünya Gənc Türk Yazarları Birliyinin xətti ilə Türkiyədə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antalogiyasına daxil edilib.