SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Bacarıqlı əllər
10.03.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar “Gəl bir çələng toxuyaq” adlı bacarıqlı əllər keçirilmişdir. Tədbirdə uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova qələm qabının hazırlanması qaydasını göstərərək uşaqlara uğurlar dilədi.Uşaqlardan hər biri öz bacarığını nümayiş etdirərək rəngli kağızlardan müxtəlif ölçülü qələm qabları hazırladılar. Sonra yastıqçanın hazırlanması üçün təşəbbüs göstərən valideyn Salıflı Kəminə kəsilmə qaydasını göstərdi.Uşaqlar müxtəlif ölçüdə yastıqça hazırladılar.Tədbirdə oxucuların müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət “Bizim rənglər dünyamız” adlı sərgi nümayiş etdirildi. Sonda iştirakçıların valideynləri uşaqların asudə vaxtının səmərəli təşkilində və bacarıqlı əllər sahibi olan istedadlıların aşkara çıxarılmasında böyük əməyi olan kitabxananın əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.