SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Xatire gecesi
06.03.18-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Azərbaycanın Milli Qəhrəmanları Elşad Əhədov, Əsəd Əsədov Aprel şəhidləri Samir Qaçayev və Murad Mirzəyevin xatirəsinə həsr olunmuş “Vətən qeyrət qalasıdır” başlıqlı xatirə gecəsi keçirilmişdir. Böyük mütəxəssis Səadət Allahverdiyeva tədbiri açaraq hamını salamladı , qəhrəmanlar şəhidlər haqqında iştirakçılara geniş məlumat verdi. Sonra söz oxuculara verildi. 28 saylı məktəbin 3 a sinfinin şagirdləri, kitabxanamızın fəal oxucuları şəhidlərə həsr olunmuş şeirlərdən nümunələr söylədilər. Həmçinin şəhidlərin xatirəsinə həsr olunmuş videoçarx da nümayiş olundu. Böyük mütəxəssis “Qarabağ silinməyən dərdimiz” başlıqlı daimi güşənin xülasəsini verdi. Tədbir oxucuların marağına səbəb oldu.