SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

05.03.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 5 mart Bədən tərbiyəsi və İdman Günü ilə əlaqədar informasiya saatı keçirilmişdir. Kitabxananın multimedia mütəxəssisi Leyla Məmmədli “Azərbaycanın idman uğurları” mövzusunda məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə hər il martın 5-nin Bədən Tərbiyəsi və İdman Günü elan olunduğunu, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adının təsis edildiyini bildirdi. O, qeyd etdi ki, dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılara yüksək diqqət və qayğısının bariz nümunəsidir, son illər Azərbaycan mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edərək dünyada idman ölkəsi olduğunu sübut edib. Dövlətimizin başçısının idmana qayğısı, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Daha sonra Leyla Məmmədli öz çıxışında Azərbaycanın idman uğurları, bu uğurlarda Sumqayıt idmançılarının xüsusi yeri və nailiyyətləri haqqında da qısa məlumat verdi. O sonra “İdman sağlamlıqdır” başlıqlı sərgidə nümayiş etdirilən kitab və dövri mətbuat materialları haqqında da qısa xülasə verdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid