SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

04.03.2018-ci il tarixində Gənclər kitabxanasının təşkilatçılığı ilə Zəngilan rayonu 15 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun 50-ci ildönümü ilə əlaqədar “Gənc nəslə örnək ömürlər” adlı informasiya saatı keçirilmişdir. Tədbirdə İlk öncə iştirakçılar Elşad Əhədov və torpaqlarımızın azad edilməsi yolunda şəhid olanların əziz xatirəsini yad etmiş, ehtiramlarını bildirmişlər. Sonra multimediya mütəxəssisi Sürəyya Əbdürrəhmanova tədbirin məqsəd və məramını açıqlamış, Milli Qəhrəmanın həyatı barədə danışmış, şagirdlərə tövsiyələrini vermişdir. O, çıxışına davam edərək, Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, ad günü qeyd edilən Elşad Əhədovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirmişdir. Öz şücaəti ilə tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığı nəzərə çatdırılmışdır. Bu igid komandirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyü vurğulanmışdır.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid