SumgaitLibrary

+994 186520087


Milli Qəhrəmanlar

03.03.2018-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda Azərbaycanın Milli Qəhrəmanları Əhədov Elşad Saday oğlu, Əsədov Əsəd Soltan oğlu, Mirzəyev Murad Telman oğlu və aprel şəhidi Samir Qaçayevin doğum gününə həsr edilmiş tədbir keçirildi. Tədbir xalqımızın qanından, canından, mənəvi aləmindən süzülüb gələn Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Kitabxananın müdiri H.Pirimova ürəkləri vətən sevgisi ilə döyünən qəhrəmanlarımızın döyüş yolu haqqında məlumat verdi. 35 № li məktəbin müəllimi “Vətən hardan başlanır ?” mövzusunda çıxış etdi. Çıxışında hər kəsin vətənə sevgisindən vətəndaşlıq borcundan, yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin düzgün formalaşması haqqında danışdı. Fəal oxuculardan Əliyev İbrahim , Bəşirzadə Nigar, Əliyeva Zəhra, Abdulova Nuray, Eminova Fidan vətənpərvərlik mövzusunda şeirlər söylədilər.