SumgaitLibrary

+994 186520087


Görüş

01.03.2018-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxanada şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli ilə “Ruhum da sənin olacaq” adlı görüş keçirildi. Şəhərimizin ziyalılarının, şairin qələm dostlarının, kitabxananın oxucularının iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin açaraq şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verərək vurğuladı ki, yüz illər¬dir bölünmüş Vətənin, işğal sonrası itən yurdun ağrıları şairin yaradıcılığında əsas yer tutur. Tədbirdə eləcə də publisist Nemət Bəxtiyar, “Sumqayıt” qəzetinin redaktoru Qüdrət Muğanlı, meyxanaçı Namiq Məna, yazarlar Nadir Azayoğlu, Məmməd Namaz, Elbrus Qayalı, Sevinc Qərib və b., MKS-nin direktoru Yeganə Əhmədova, kitabxananın oxucusu Hatəm Rüstəmov cıxış edərək şair haqqında öz ürək sözlərini söləməklə yanaşı ona yaradıcılıq uğurları arzuladılar.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid