SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

28.02.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 10 nömrəli məktəbin 6A sinif şagirdlərinin iştirakı ilə 1988-ci ilin fevralında Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələrin 30-cu ildönümünə həsr olunmuş “Sumqayıt hadisələri – tariximizə vurulan qara ləkə” adlı informasiya saatı keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova Sumqayıt hadisələrinin əsl mahiyyəti və baş vermə səbəbləri haqqında ətraflı danışaraq bildirdi ki, bu il Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında mühüm rol oynamış 1988-ci il 27-29 fevral Sumqayıt hadisələrinin 30 illiyi tamam olur. Bu bir həqiqətdir ki, bugünkü faciələrimizin kökündə, özəyində dünənimiz var. Söz yox ki, bu günədək başımıza gələnlər rus imperiyasının tarix boyu xalqımıza qarşı süngüyə çevirdiyi erməni daşnaklarının düşmənçilik əməllərinin nəticəsidir. Məhz bu qüvvələr 1988-ci il fevralın 27-29-da xalqımıza gözlənilməz zərbə endirdilər. Keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarının bilavasitə rəhbərliyi ilə Sumqayıt hadisələri törədildi və bu vəhşilik aktı Azərbaycan xalqının adına yazıldı. Səbinə Qasımova çıxışını Sumqayıt hadisələrindən bəhs edən kitabların icmalı ilə yekunlaşdırdı.Daha sonra çıxış edən kitabxananın müdiri Nailə Tağıyeva bildirdi ki, Sumqayıt hadisələri Qarabağın işğalının başlanğıcı idi. SSRİ rəhbərliyi, Dövlət Təhlükəsizlik Komitəsi, erməni diasporu və digər qüvvələr Sumqayıtda o hadisələri törətmişdilər ki, Azərbaycan xalqını dünyaya “vəhşi” bir millət kimi təqdim etsinlər. Tarixi həqiqət gec də olsa öz yerini tapdı - məlum oldu ki, Sumqayıt hadisələri heç də erməniləri məhv etmək məqsədilə törədilməmişdi. Bu təxribat Azərbaycan torpaqlarının ermənilər tərəfindən gələcək işğalına dünya ictimaiyyəti tərəfindən haqq qazandırmaq məqsədi güdürdü. Sonda tədbir iştirakçıları Sumqayıt hadisələrindən bəhs edən “Sumqayıt hadisəsi - erməni yalanları” adlı sənədli film izlədilər.