SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

28.02.2018-ci il tarixində Nizami Gəncəvi adına kitabxana klubda Sumqayıt hadisələri ilə əlaqədar “Sumqayıtda erməni təxribatı” adlı biblioqrafik xülasə keçirilmişdir. Kitabxanaçı Sumqayıt hadisələri ilə əlaqədar olaraq oxuculara geniş məlumat verərək bildirmişdir ki,1988-ci ilin fevralın son günlərində SSR-i DTK-sının himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb. Kitabxanaçı kitab və dövrü mətbuatda hadisələri əks etdirən materiallarla oxucuları tanış etdi.