SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

27.02.2018-ci il tarixində Gənclər kitabxanasında Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələrin 30-cu ildönümü ilə əlaqədar “Tarixi yaddaş və tarixi məsuliyyət” adlı dəyirmi masa keçirilmişdir. Tədbir kitabxananın fəal oxucularının iştirakı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Eminova Sona tədbirin keçirilmə məqsədindən, Sumqayıtda törədilmiş hadisələri doğuran səbəblərdən, bu hadisələrin əvvəlcədən planlaşdırılaraq məqsədli şəkildə törədildiyindən danışıb. Eyni zamanda o, bildirib ki, Sumqayıt hadisələri ermənilərin Azərbaycana qarşı separtçı və təcavüzkar siyasətinin istinad nöqtəsi olmuşdur. Bu gün Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayan kitabxana müdiri bu işdə cəmiyyətin hər bir fərdinin xüsusilə də gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. Diskussiya şəraitində keçən tədbirdə Aslanov Kamran, Nəzərli Surxay, Məsiyev Eyvaz, Əsgərov Oruc, Sadıqov Məhəmməd, Baxşəliyev Orxan, Süleymanov Mahmud və b. öz çıxışlarında Sumqayıt hadisələri müfəssəl olaraq bir daha təhlil edilmiş, hadisələrin keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun dəstəyilə ermənilər tərəfindən xüsusi ssenari üzrə törədildiyi nəzərə çatdırılmışdır. Bildirilmişdir ki, Sumqayıtda törədilən hadisələr ermənilərin “Böyük Ermənistan” adlı məkrli və zəncirvari planının bir həlqəsi idi. Sonda tədbir iştirakçılarına Sumqayıt hadisələrinə həsr edilmiş kitablardan xülasə verilmişdir.