SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

22.02.2018-ci il tarixində Gənclər Kitabxanasında 12 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının anadan olmasının 90 illiyinə həsr olunmuş “Göz yaşı ürəyə axsa dərd olar” adlı şeir dəqiqələri keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə Əliağa Kürçaylının həyat və yaradıcılıq yoluna nəzər salıb. Bildirib ki, 1946-cı ildə “sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gələn Əliağa Kürçaylının şeirləri sonradan müntəzəm olaraq mərkəzi və respublika dövri mətbuatında nəşr olunub. O, “Dünya ovcumdadır”, “Yollarda axtar məni”, “Bütövlük” kimi kitabları ilə məşhur olub. Onun poeziyasının dünən olduğu kimi sabah da gənclərə örnək olacağı xüsusi vurğulanıb. Tədbirdə Əliağa Kürçaylının şeirləri səsləndirilib və həmçinin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.