SumgaitLibrary

+994 186520087


Xocalı faciəsi

22.02.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Xocalı faciəsinin izləri ədəbiyyatımızda” adlı tədbir keçirildi. Tədbiri şöbənin müdiri Qələndərova Aidə açaraq Xocalı facıəsinin ağrı-acılıarından söhbət açdı.O, Xocalı faciəsini, Qarabağ hadisələrini qələmə alan yazıçılar, şairlər və onların əsərləri haqqında məlumat verdikdən sonra yazıçı Nüşabə Məmmədlinin “Zəngulə” romanını oxuculara təqdim etdi. Sumqayıt Dövlət Universitetinin tarix fakultəsinin tələbələrinin və 23 saylı məktəbin şagirdlərinin iştirakı ilə “Zəngulə” romanı müzakirə olundu.