SumgaitLibrary

+994 186520087


Şeir müsabiqəsi

21.02.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanası və N.Tusi adına 12 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətlə IV-X sinif şagirdləri arasında “Dilim zəngin xəzinəmdir” adlı şeir müsabiqəsi keçirildi. Tədbirdə Mərkəzi Uşaq Kitabxanasının əməkdaşı Səbinə Qasımova Beynəlxalq Ana Dili gününün tarixi və bu günün qeyd edilməsinin əhəmiyyəti haqqında danışdı. Sonra tədbir 21 şagirdin ifasında Ana dilimizə, vətənimizə həsr olunmuş şeirlərin söylənilməsi ilə davam etdi. Müsabiqədə münsiflərin qərarına əsasən məktəbin 7A sinif şagirdi Ləman Əlizadə I yerin qalibi seçildi. Məktəbin 5A2 sinif şagirdi Mədinə Abdulzadə II yerə, IVA sinif şagirdi Fidan Hüseynzadə III yerə layiq görüldülər. Sonda qaliblər və həvəsləndirici yerlərə layiq görülənlər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırıldılar.