SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

20.02.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Sazın pərdəsindən süzülən dilim” adlı poeziya dəqiqələri keçirilmişdir. Tədbirdə 15 saylı məktəbin şagirdləri iştirak edirdilər. Tədbir Dövlət Himninin səsləndirilərək şagirdlərin birgə ifası ilə başlandı. Uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova şagirdlərə beynəlxalq ana dili günü ilə bağlı geniş məlumat verdi. Sonra şagirdlərdən Fərəczadə Elvin, Abbasova Mərziyə, Əlizadə Əli, Sultanova Sevinc, Həmidova Nazlı, Zeynalov Eldəniz, Hümmətli Fərhad, Məmmədov Eldar, Əhmədova Aytən, Hüseynova Xədicə, Məmmədzadə Emin, Əsgərov Həmid ana dilinə həsr edilmiş şeirlər söylədilər. Sonda sinif müəlliməsi Həmayıl Abbasova belə əlamətdar günlərin qeyd edilməsinin və təbliğinin uşaqların dünyagörüşünün formalaşmasında böyük rolu olduğunu qeyd edərək şöbəmizin əməkdaşlarına öz minnətdarlığını bildirdi. Tədbirdə “Dil millətin aynasıdır” başlığı altında sərgi nümayiş etdirildi.