SumgaitLibrary

+994 186520087


Görüş

20.02.18-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Göyərçin” jurnalının 60 illik yubileyinə həsr olunmuş ”Göyərçin”lə böyüdük” adlı görüş keçirilmişdir. KK-nın müdiri Zərnigar Babayeva tədbiri açaraq hamını salamladı, tədbir haqqlında fikirlərini söylədi və sözü KK-nın böyük mütəxəssisi Səadət Allahverdiyevaya verdi. O, ”Göyərçin”jurnalı haqqında oxuculara geniş məlumat verdi,”Balalara hədiyyə” başlıqlı sərgi haqqında da oxucuları məlumatlandırdı. Sonra söz oxuculara verildi. 28 saylı məktəbin 3 d sinifimin şagirdləri jurnalda çap olunan uşaq şeirlərindən nümunələr səsləndirdilər. 64 saylı bağçanın məktəbə hazırlıq qrupunun balaca fidanları isə “Qırmızı papağın” nağılını səhnələşdirdilər. Jurnalın baş redaktoru, filologiya elmləri doktoru, professor, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu sonda öz ürək sözlərini söylədi, uşaqlara faydalı məsləhətlər verdi, öz yeni yazdığı şeirlərdən numunələr söylədi. Tədbir uşaqların, valideynlərin, müəllimələrin marağına səbəb oldu.