SumgaitLibrary

+994 186520087


Bədii qiraət müsabiqəsi

19.02.18-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim şirindir” başlıqlı bədii qiraət müsabiqəsi keçirilmişdir. Kitabxananın böyük mütəxəssisi Bəturə Lazımova tədbiri açaraq hamını salamladı, Ana dili günü haqqında oxuculara geniş məlumat verdi.Sonra söz oxuculara verildi. Onlar Ana dilinə həsr olunmuş şeirlərdən nümunələr söylədilər. Münsiflər heyyətinin üzvləri AYB-nın Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, kitabxananın müdiri Zərnigar Babayeva və kitabxananın böyük mütəxəssisi Səadət Allahverdiyevanın yekdil rəyi ilə kitabxananın oxucuları Kərimli Yeganə 1-ci, Rüstəmova Ləman 2-ci, Hacızadə Ayşən isə 3-cü yerə layiq görüldülər. Onlara fəxri fərman və hədiyyələr təqdim olundu. Digəriştirakçılara isə həvəsləndirici mükafatlar verildi.