SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ekskursiya
19.02.2018-ci il tarixində kitabxana fondunun təbliği ilə əlaqədar Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinə 15 saylı məktəbin 4-cü sinfinin “Kitab adlı dəryayam, bilikləri məndə bil” adlı ekskursiyası təşkil edilmişdir. Uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova 15 saylı məktəbin 4-cü sinif şagirdlərini kitabxananın fondu, kataloqu, kartotekası, abonement və oxu zalı şöbələri, nağıl otağı, ulu öndər Heydər Əliyevə həsr edilmiş “Xalqa bəxş edilmiş ömür”, Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevə həsr edilmiş “Güclü lider-güclü dövlət”, fondun təbliği ilə əlaqədar təşkil edilmiş “Balalara hədiyyə”, “Fonda daxil olan yeni ədəbiyyat”, AXC-nin 100 illiyi ilə əlaqədar “İstiqlala aparan yol”, Sumqayıt hadisələri ilə əlaqədar “Tarixi həqiqətlər unudulmur” adlı sərgiləri ilə tanış etdi. Uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova Beynəlxalq Ana Dili Günü haqqında şagirdlərə məlumat verdi. Sonra uşaq şöbəsinin müdiri Y.Hüseynova Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında hazırlanmış “Kitabsevər uşaqlar” internet səhifəsi ilə əlaqədar şagirləri məlumatlandırdı.