SumgaitLibrary

+994 186520087


Görüş

18.02.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il” tarixli sərəncamının icrası ilə əlaqədar, ziyalılarla jurnalistlərin “Azərbaycan ədəbiyyatı və müasir informasiya” başlığı altında görüşü keçirildi. Tədbiri kitabxananın müdiri Ofelya Qafarova açaraq qonaqları salamladı. Tədbirin mövzu və mahiyyəti haqqında fikirlərini söylədi. Tədbirin diskussiya şəklində davam etməsi təklifini irəli sürən Ofelya xanım mövzunun müzakirəsini iştirakçıların ixtiyarına buraxdı. Tədbirdə “Sumqayıt hadisələri” kinofilminin rejissoru və müəllifi, yazıçı-jurnalist Eyruz Məmmədov, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, “Möhtəşəm Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru, AJB-nin Sumqayıt təşkilatının sədri Rafiq Oday, “Sumqayitfakt.az” saytının təsisçisi , AYB və AJB üzvü şair- jurnalist Namiq Dəlidağlı, AMEA doktorantı, Tarix Araşdırmalar Qurumunun təsisçisi, “Birlik.az” saytının təsisçisi və baş redaktoru Vüsal Hətəmov, “Mia.az” və “Reytinq” qəzetinin baş redaktoru Zaur Əhməd, uzun illər Az.tv-də “Səhər” verlişinin baş redaktoru olmuş Seymur Şahbazov, “Zaman və biz” qəzetinin baş redaktoru Sübhan Arifoğlu, AYB üzvü, şair-jurnalist Xaqani Abbasəli Öztürk, Sumqayıt "Poeziya Evi"-nin direktoru, şair İbrahim İlyaslı, şair Mayıl Məmmədli, AYB üzvü, şair Asif Asiman, jurnalst Günel Eyvazlı, şairələr Şəhla Vahid, Sevinc Qərib, Sevda Kərimli iştirak edib. Tədbirdə müasir Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafı, problemləri, eyni zamanda ədəbiyyatın təbliğində, maariflənmənin geniş vüsət almasında medianın rolunun hansı səviyyədə olduğu müzakirə olundu. Dilimizin, milli- mənəvi dəyərlərimizin qorunması və inkişafı da tədbirin əsas müzakirə mövzusu oldu. Belə görüşlərin davamlı keçirilməsinin vacibliyi qeyd olundu. Sonda kitabxana rəhbəri iştirakçılara təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkildi.