SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

18.02.18-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda ata-ana himayəsindən məhrum olan uşaqlar üçün yaradılmış “Cığır” ictimai birliyinin üzvlərinin uşaqları üçün dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar “Milli dövlətçilik tariximiz” adlandırılmışdır. Böyük mütəxəssis Səadət Allahverdiyeva mövzu ilə bağlı ölkə Prezidentinin verdiyi sərəncamdan söhbət açdı, ”Azərbaycan Dövlət durumunun dirçəldilməsi” başlıqlı sərgi haqqında iştirakçılara geniş məlumat verdi. Həmçinin uşaqlar da öz fikirlərini söylədilər. Sonda mövzu ilə bağlı rəsm əsərləri çəkdilər. Maraqlı fikir mübadiləsində keçən dəyirmi masa iştirakçıların marağına səbəb oldu.