SumgaitLibrary

+994 186520087


Müsabiqə

17.02.2018-ci il tarixində Ə.Sabir adına kitabxana filialda böyük şair, Azərbaycan ədəbiyyatı tarıxində anadilli şeirin əsasını qoyan İmadəddin Nəsiminin vəfatının 600 iliyinə həsr edilmiş uşaq və məktəblilər arasında bədii qiraət müsabiqəsinin I mərhələsi keçirildi. Müsabiqəyə 30 nəfər məktəbli qatıldı. Münsiflər heyətində şair Asif Asiman, Xaqani Abbasəli Öztürk, Elbrus Qayalı, Rəhilə Veysəlli və jurnalist ədəbiyyat müəllimi Vüqar Xəyal iştirak etdi. Müsabiqədə Qurbanov Anar, Əkbərova Aysu, Bəşirzadə Nigar, Əliyev İbrahim, Cəbrayyılova Mələk, Əliyeva Nuray, Nəbiyeva İlahə, Zalova Şəfəq, Dərgahquliyev Fərid, Əkbərova Fatimə II tura keçid aldılar.