SumgaitLibrary

+994 186520087


Anım günü

15.02.2018-ci il tarixində Nizami Gəncəvi adına kitabxana klubda Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimov, Əfqan Hüseynov, Əbu Bəkir İsmaylova həsr olunmuş "Vətənin mübariz oğulları” adlı anım günü keçirilmişdir. Tədbir ölümü ilə ölümsüzlük qazanmış qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediməsi ilə başladı. Tədbirdə çıxış edən kitabxananın multimedia mütəxəssisi Qurbanova Şeyda öz həyatlarını vətəni, torpağı, milləti, dövləti yolunda heç düşünmədən fəda etmiş sözügedən qəhrəmanların şərəfli həyat və döyüş yolu haqqında məlumat verdi.Tədbirdə 28 saylı orta məktəbin 6-a sinifinin şagirdləri qəhrəmanlara həsr olunmuş şeirlər söylədilər, mahnılar səsləndirdilər. Tədbirdə qəhrəmanlara həsr olunmuş video çarx nümayiş olundu. Sonda böyük kitabxanaçı Kərimova Dilbər "Kəssə hər kim tökülən qan izini”, “Xalqın Mübariz oğlu” adlı sərgidən bibloqrafik xülasə verdi.