SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

11.02.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda şair İslam Səfərlinin 95 illik yubileyinə həsr olunmuş "Nəğməkar şair" başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbirdə 1№ li Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin müəlliməsi Babayeva İradə, dərnəyin üzvləri, 15 saylı tam orta məktəbin kitabxanaçısı, həmin məktəbin şagirdləri və Sumqayıt şəhər Musiqi Kollecinin I kurs tələbəsi Məmmədov Pərviz və II kurs tələbəsi Həmidzadə Kamil iştirak etdilər. Tədbir İslam Səfərlinin sözlərinə bəs-tələnmiş musiqi nömrəsi ilə başlandı. Kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək İslam Səfərlinin həyat yolundan geniş söhbət açmış, bildirmişdir ki, 1923-cü ilin fevralın 12-Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. 1974-cü ildə dünyasını dəyişən...Nəğməkar şair... Dramaturq... Gözəl insan... Gözəl Sənətkar... öz yaradıcılığı ilə özünə abidə qoymuşdur.. Əlbəttə, qranitdən və mərmərdən daha çox, xatirələrdə, yaddaşlarda bu abidəni yaradır. Ürəklərimizdə yaranan belə abi-dələrdən biri də İslam Səfərli abidəsidir. Tədbirdə iştiral edən şagirdlər Sumqayıt Musiqi Kollecinin tələbələrinin müşayəti ilə İslam Səfərlinin şeirlərini səsləndirdilər.