SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Kitab müzakirəsi
10.02.2018-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Veteran Klubu”nun üzvləri Cəmşid Əmirovun “Qara Volqa” kitabının müzakirəsini keçirdilər. Cəmiyyətdə qadağalar və təcridin mövcud olduğu dövrdə cinayət aləmindən Pəncəli Aslanın başçılıq etdiyi cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən,hüquq-mühafizə orqanlarının həmin cinayətkar qrupun dağıdılmasından bəhs edən əsərin müzakirəsi çox maraqlı keçdi. Klubun üzvlərindən İsmayılova Gülafət, Hümbətzadə Rəqsanə, Bayramov Məmmədsəfər, Səmədova Zeynəb, Şirəliyev Allahverdi, Əşrəfov Şahin və başqaları müzakirədə fəal iştirak etdilər. Bir daha qeyd olundu ki, “Qara Volqa” romanı Azərbaycan dedektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir.