SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

07.02.2018-cı il tarixində Gənclər kitabxanasında Tibb Kollecinin tələbələrinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 30-cu ildönümü ilə əlaqədar “Qəhrəmanlığın Mübariz İbrahimov zirvəsi” adlı informasiya saatı keçirilmişdir. Tədbir Şəmistan Əlizamanlının ifasında igid əsgər mahnısı ilə başladı. Sonra Vətən yolunda şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan böyük kitabxanaçı Bağırova Rəhilə əvvəlcə Azərbaycanın Milli Qəhrəmanının qısa, lakin şərəfli və mənalı həyat yolundan, onun ilahi vətən məhəbbətindən, şəhid olduğu gün göstərdiyi şücaətlərdən söhbət açıb, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Mübariz İbrahimovun və onun kimi qəhrəman oğullarımızın xatirə-sinin əbədi yaşayacağını, daim əziz tutulacağını bildirmişdir. O, öz çıxışında tarix boyu erməni qəsbkarlarının bizim başımıza gətirdiyi acı hadisələrdən danışdı. Və qeyd etdi ki, Qarabağın qurtuluş yolu mübarizədən keçir. Onun xilası üçün hamımız MÜBARİZ olmalıyıq.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid