SumgaitLibrary

+994 186520087


Qara Qarayev - 100

07.02.2018-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbi ilə birgə Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə "Böyük sənətin qüdrəti" adlı musiqi gecəsi keçirilmişdir. Tədbirdə kitabxananın müdiri Nailə Tağıyeva, multimedia mütəxəssisi Elza Həsənova, Qara Qarayev adına uşaq musiqi məktəbinin müəlliməsi Günay Quliyeva adı Azərbaycan xalqının mədəniyyət salnaməsinə qızıl hərflərlə yazılmış görkəmli bəstəkar, pedaqoq, akademik Qara Qarayevin həyatı və ümumbəşəri əhəmiyyətə malik əbədiyaşar yaradıcılığının müxtəlif məqamları haqqında çıxış etdilər. Sonra tədbir iştirakçıları görkəmli bəstəkarın ömür yolundan bəhs edən videofilm izlədilər. Daha sonra musiqi gecəsi Q.Qarayev adına musiqi məktəbinin müəllim və şagird kollektivinin təqdim etdiyi konsert proqramı ilə davam etdi. Gənc ifaçılardan Ceyhun Şıxbabayev (tar), Xədicə Abbasova (kamança), Fəqan Şükürov (xanəndə), İlkin Nəcəfəliyev (xanəndə) təqdim etdikləri musiqi çələngi tədbir iştirakçıları olan 10 saylı məktəbin 6A sinif şagirdləri tərəfindən xüsusi rəğbətlə qarşılandı.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid