SumgaitLibrary

+994 186520087


Müzakirə

05.02.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Abonement şöbəsi 5 nömrəli tam orta məktəbdə Ə.Haqverdiyevin hekayələrinin müzakirəsini keçirdi. 8B sinif şagirdləri arasında aparılan müzakirəni giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq Ə.Haqverdiyevin hekayələrinin realist Azərbaycan nəslinin ən gözəl nümunələrindən olduğunu vurğuladı. Sonra məktəbin dil-ədəbiyyat müəlliməsi Raisa Həbibova ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. O, vurğuladı ki, Ə.Haqverdiyev bir klassik kimi həmişə əzizdir, həmişə canlıdır. Sinfin fəal şagirdlərindən H.Rüstəm və B.Aygün ədibin “Ata və oğul”, ”Həmşəri pasportu” hekayələrinin qısa məzmunu haqqında məlumat verdilər. Daha sonra “Hacı Xəlil kimdir?”, ”Əsərdə Rüstəm kimdir və onun məqsədi nə idi?”, “Ata ilə oğul arasında fərqi nədə görürsünüz?”, ”Hər iki hekayədə müəllifin oxuculara çatdırmaq istədiyi nə idi?” və.s kimi suallar ətrafında maraqlı müzakirə getdi. Qeyd edək ki, Ə.Haqverdiyevin hekayələrində, bir çox müasirlərinin yaradıcılığında olduğu kimi, maarif, təlim-tərbiyə məsələlərinə xeyli yer verilmişdir.