SumgaitLibrary

+994 186520087


Kitab səhifələrinə səyahət

02.02.2018-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi 43 saylı uşaq bağçasında M.M.Prişvinin 145 illiyi ilə əlaqədar “Kirpi oyandı” kitabı üzrə kitab səhifəsinə səyahət keçirmişdir. Tədbir 43 saylı uşaq bağçasının məktəbəqədər qrupunda keçirildi. Uşaq şöbəsinin kitabxanaçısı L.Muradova əvvəlcə uşaqlara görkəmli rus yazıçısı Mixail Prişvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki, onun əsasən təbiətə sonsuz məhəbbət, insanla təbiətin vəhdətini tərənnüm edən ovçu və uşaq hekayələri çox məşhurdur. Sonra uşaqlar üçün heyvanlar aləmindən bəhs edən “Kirpi oyandı” kitabındakı hekayələrdən parçalar oxudu.