SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

01.02.2018-сi il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda SDU YAP Gənclər Birliyinin, Unikal kurslarının və kitabxananın oxucularının birgə iştirakı ilə 2 fevral Gənclər gününə həsr olunmuş "Bir millətin yaşaması, bir millətin təməl daşı" adlı oxucu konfransı keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Ofelya xanım açıq elan edərək bildirib ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. 1993-cü ilin iyununda Ümummilli Liderimiz xalqın təkidi ilə hakimiyyətə qayıtdığı andan etibarən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağır-mışdı. Məhz elə 1993-cü ildən etibarən dövlət gənclər siyasəti öz işinə başlamışdır. Dövlət gənclər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin etmək üçün ya-radılmış və uğurla həyata keçirilmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfin-dən qoyulmuş ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini vermək-dədir. Ulu Öndər gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asu-də vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir. Tədbirdə iştirak edən qonaqlar, tələbələr çıxış edərək bildirdilər ki, Azərbaycanda indi hamı savadlıdır, savadı olmayanlar tək-təkdir. Orta məktəbdə təhsil almaq hamı üçün açıq olub və heç kəs ondan məhrum edilməyib. Bunun özü böyük bir nailiyyətdir. Biz Azərbaycanın müstəqilliyini böyük bir nailiyyət kimi əldə saxlamaq istəyiriksə, – bu isə bizim borcumuzdur, gənclərimizin borcudur, – buna ciddi fikir verməliyik. Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid