SumgaitLibrary

+994 186520087


Diskusiya

01.02.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxana və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Kitabın gənclərin həyatındakı rolu” mövzusunda diskusiya keçirildi. Tədbiri giriş sözü ilə Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin müəllim acaraq, tədbirin mahiyyəti haqqında geniş və ətraflı məlumat verdi. “Kitabın gənclərin həyatında rolu” mövzusunda xidmət şöbəsinin əməkdaşı Seyidnurova Xəyalə cıxış etdi. Sonra tədbirin aparıcısı S.Vurğun adına Mərkəzi kitabxananın böyük metodisti Axundzadə Natəvana oxuculara müxtəlif suallarla müraciət etdi. Suallar ətrafinda gənclərin maraqlı diskusiyası yarandı. Onlar qeyd etdilər ki, kitab sabaha baxış, bugünə amalı olan əvəzolunmaz bir varlıqdır. Kitabxana tədbirlərində aktiv iştirakina, fasiləsiz oxu və mütaliə qabiliyyətinə görə fəal oxuculardan Rəhimova Şəbnəm, Məmmədli Elvin, Kəbirov Surət, Zeynallı Günel təşəkkürnamə və hədiyyə ilə mükafatlandırıldılar. Sonda “Oxumaq mədəniyyəti” mövzusunda videoçarx izlənildi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid