SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

01.02.2018-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda gənclər günü ilə əlaqədar “Gənclər bizim sabahımızdır” adlı dəyirmi masa keçirilmişdir. Kitabxana filialın müdiri bütün Azərbaycan gənclərini ,,Gənclər günü “ münasibətilə təbrik etdi. Sonra Vidadi Rzazadə Gənclər gününün təsis olunma tarixi ,gəncərin qarşısında duran vəzifələrdən, Əliyev Kənan , “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında irəli gələn məsələlərdən, Əliyeva Kamilə gənclərə gostərilən dövlət qayğısını yüksək qiymətləndirərək, xarici ölkələrin ən ali universitetlərındə təhsil almalarına yaratdığı şəraitdən ürək dolusu söhbət açdı. Kitabxananın fəal oxucusu təqaüdçu Zakir Hüseynovun Gənclərin vətənpərvərliyindən danışaraq aprel döyüşləri zamanı gənclərin vətən sevgisindən, Azərbaycan gənclərinin qəhrəmanlığını yüksək qiymətləndirdi. Tədbirdə iştirak edən gənclərə öz arzularını bildirdi. Gözəl və maraqlı tədbirin təşkilinə görə kitabxana işçilərinə təşəkkür etdi .