SumgaitLibrary

+994 186520087


Görüş

26.01.2018-ci il tarixdə S.Vurğun adına Mərkəzi kitabxanada “Oxucu ilə üz-üzə” silsiləsindən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirildi. Tədbirdə kitabxananın oxucuları, şairənin qələm dostları iştirak etdi. Tədbiri giriş sözü ilə yazıçı, publisist Hafiz İmamnəzərli açaraq Gülnarə xanimin yaradıcılığı haqqında qısa olaraq məlumat verdi. O vurğuladı ki, Gülnarə Cəmaləddinin istər kədərli, istər tənhalıq qoxulu, istər sevinc, səadət damcılanan, istərsə də həyatla, gerçəkliklə, vətən havası ilə yazılan şeirləri olsun, bütün bunlar həyatı sevən bir şairənin poetik yaşantılarıdır. Tədbirdə şairənin qələm dostlarından və şəhərimizin ziyalılarından Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Namiq Məna, Almaz Sahilə, İzaməddin Bagırov, Elbrus Qayalı, Əyyub Qiyas, Xəqani Abbasəli, Müqəddəs Şahbazov, Zərnigar Babayeva çıxış edərək şairə haqqında öz ürək sözlərini söyləməklə yanaşı ona yaradıcılıq uğurları arzuladılar. Tədbirdə eləcə də S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşlarının və Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərinin ifasında müəllifin şeirləri dinlənildi. Daha sonra Gülnarə xanım öz şeirlərini iştirakçılara ərmağan etdi. Tədbirdə eləcə də MKS-in direktoru Yeganə Əhmədova çıxış edərək müəllif haqqında öz ürək sözlərini söyləməklə yanaşı tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Qeyd edək ki, Gülnarə Cəmaləddin “Qəhvə rəngi” adlı bir şeirlər kitabının müəllifidir, “Azərbaycan”, “Ulduz” yurnallarında, "Ədəbiyyat qəzeti"ndə tez-tez şeirləri dərc edilir.