SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

26.01.2018-ci il tarixdə M.Ə.Rəsulzadə adına kitabxana filialda SDU YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda 2018-ci ilin "Azərbaycan Xalq Cumhuriyyəti İli" elan edilməsi münasibətilə AXC-nin lideri M.Ə.Rəsulzadənin doğum gününə həsr olunmuş "Azərbaycan Xalq Cumhuriyyətinin banisi" başlığı altında oxucu konfransı keçirildi. Tədbiri giriş sözü açıq elan edən kitabxananın müdiri Ofelya xanım dahi şəxsiyyətin ömür yoluna nəzər salaraq bildirmişdir ki, Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə olmuşdur. Tədbirdə iştirak edən digər çıxışçılar M.Ə.Rəsulzadənin keşməkeşli həyat yolundan danışmış, Azərbaycan milli dövlətinin yaradıcısı, xalqımızın böyık oğlu və görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi-tarixi irsini geniş oxucu kütləsinə çatdırmağın vaxtının çoxdan gəlib çatdığını bildirmişlər.