SumgaitLibrary

+994 186520087


Görüş

25.04.2016-cı il tarixdə Nizami Gəncəvi adına Kitabxana Klubda “Uşaq ədəbiyyat ili” ilə əlaqədar uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirmişdir. Görüş ilk öncə 28 saylı tam orta məktəbdə təşkil olunmuşdur. Məktəbin 1- 4- cü sinif şagirdləri yazıçının şeirlərini və tapmacalarını söylədilər və hekayələrini səhnələşdirdilər.Tədbir Nizami Gəncəvi adına Kitabxana Klubun oxu zalında davam etdi. 21 saylı tam orta məktəbin rus bölməsinin 6 və 7-ci sinif şagirdləri kitabxanamızın fəal oxucuları yazıçının vətənpərvərlik və qəhrəmanlığa həsr etdiyi nağılları və hekayələrinin müzakirəsini keçirdi. Onlar yazıçının əsərləri haqqında öz fikirlərini söylədilər və “İlham və Fərizə “əsərini səhnələşdirdilər. Sonda Gülzar İbrahimovanın kitablarından ibarət təşkil olunmuş sərgi ilə tanış olublar. Nizami Gəncəvi adına Kitabxana Klubda fəaliyyət göstərən “Nağıl otağında”Ümüd” tədris mərkəzinin məktəbəqədər hazırlıq qrupunun uşaqları ilə yazıçı Gülzar İbrahimova ucadan oxu keçirmişdir.Yazıçı öz nağıl kitablarından uşaqlara maraqlı nağıl və hekayələr oxudu. Sonda isə uşaqlara öz nağıl kitablarını hədiyyə etdi.