SumgaitLibrary

+994 186520087


Bədii-qiraət müsabiqəsi

22. 04.2016-cı ildə S.Vurğun adına Mərkəzi Kitabxanada Mərkəzləşdirilmiş kitabxana sisteminin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə xalq şairi Fikrət Qocanın poeziyasına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Xalq şairi Fikrət Qocanın iştirakı ilə keçirilən bədii qiraət müsabiqəsində kitabxana-filialların fəal oxucuları iştirak edirdi. Tədbiri giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan açaraq Fikrət Qoca yaradıcılığı və müsabiqənin qaydaları haqqında qısa məlumat verdi. Tədbir münsiflər heyətinin üzvüləri xalq şairi Fikrət Qoca, AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvan və Mərkəzi kitabxananın böyük metodisti Natəvan Axundzadənin iştirakı ilə keçirlmişdir. Münsiflər heyyətinin yekun rəyinə əsasən Mərkəzi uşaq şöbəsinin oxucuları Elçin Mehdiyev və Əli Hüseynov I yerə, Dövri mətbuat şöbəsinin oxucusu Könül Hüseynova və Mərkəzi uşaq kitabxanasının oxucusu Ramazan Əsgərxanov II yerə, Mərkəzi uşaq şıbəsinin oxucusu Gülarə Məlikrzayeva və İncəsənət şöbəsinin oxucusu Fatimə Abduləliyeva III yerə, İncəsənət şöbəsinin oxucusu Nərmin Əzizli, M. Ə. Sabir adına kitabxananın oxucuları Zəhra Əliyeva və İlkin İbadov, Gənclər kitabxanasın oxucusu Şamxal Hüseynzadə isə IV yerə layiq görülüblər. Birinci yerin sahibləri fəxri fərman, kitab və disklə təltif olundular. Digər qaliblərə xalq şairinin kitabları və fəxri fərmanlar təqdim olunub. Oxuculardan - M. Ə. Sabir adına kitabxananın oxucusu İbrahim Əliyev, Mərkəzi uşaq kitabxanasının oxucusu Fəridə Məmmədova,Taqıyev qəsəbə kitabxanasının oxucuları Məryəm Hüseynzadə və Aysel Hacıyeva fərqləndiyinə görə mükafatlandırıldılar. . Tədbirdə şair Əşrəf Veysəlli çıxış edərək Fikrət Qoca haqqında xoş sozlər söylədi. Tədbirin sonunda xalq şairi Fikrət Qoca oxucuların suallarını cavablandırdı.