SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

22.01.2018-ci il tarixində Gənclər kitabxanasının təşkilatçılığı ilə 5 saylı Laçın rayon tam orta məktəbdə Avropa və ingilis ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndələrindən biri sayılan Corc Qordon Bayronun 230 illik yubileyi ilə əlaqədar “Tənha qəhrəmanların harayı” adlı ədəbiyyat saatı keçirilmişdir. Multimediya mütəxəssisi S. Əbdürrəhmanova şairin həyat və yaradıclığı haqqında ətraflı məlumat vermiş, qeyd etmişdir ki, Bayron “Çayld Haroldun səyahətləri”, “Şərq poemaları”, “Qabil”, “Don Juan”, “Manfred” və sair kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir. Yaxın Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər ərzində Bayron bir neçə poema yazır. Sonradan bu poemaları ədəbiyyat tarixində “Şərq poemaları” adı ilə məşhur olur. Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayıb, kəskin faciəvi sonluqla bitir. Bayron, şəxsiyyəti hər şeydən üstün tutur, onun poemalarında əsas yeri ancaq tək-tək qəhrəmanlar tutur və Bayron ancaq bu şəxsləri mədh edir.