SumgaitLibrary

+994 186520087


Anım günü

19.01.2018-ci il tarixində Dövrü Mətbuat şöbəsində 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə "Müstəqiliyə gedən yolun şərəf salnaməsi" adlı anım günü təşkil edilmişdir. Tədbirkə kitabxananın fəal oxucuları iştirak etmişdilər. Tədbirdə 20 Yanvar hadisələri haqqında geniş məlumat verildi. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.