SumgaitLibrary

+994 186520087


20 Yanvar

19.01.2018-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar "Xalqın azadlıq səsi" başlığı altında anım günü keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri açıq elan etdi. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Ofelya xanım çıxış edərək bildirdi ki, O qanlı yanvar faciəsindən xalqımızı 28 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada böyük əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da Yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Tədbirdə iştirak edən şagirdlər 20 yanvar şəhidlərinin ruhu na həsr olunmuş şeirlər dinlənildi. Eyni zamanda bu günlə bağlı şagirdlər maraqlı fikirlər səsləndirdilər. Sonda Ofelya xanım vurğuladı ki, bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik