SumgaitLibrary

+994 186520087


20 Yanvar

19.01.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxanada 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Yaddaşımıza yazılan Qara Yanvar” adlı yaddaş dərsi keçirildi. Tədbirdə kitabxananın oxucuları, 16 saylı və 5 saylı məktəbin şagirdləri iştirak edirdi. İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə metodika-biblioqrafiya şöbəsinin metodisti Axundzadə Natəvan açaraq qeyd etdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır.12 saylı məktəbin tarix müəllimi Quliyeva Məleykə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmalıq səhifəsidir” mövzusunda geniş məruzə ilə çıxış etdi. “20 Yanvar Beynəlxalq aləmdə” mövzusu ilə SDU-nun tarix fakultəsinin tələbəsi Səfərəliyev Fəqan çıxış etdı. 5 saylı məktəbin şagirdlərinin ifasında Zəlimxan Yaqubun “Şəhid qanı” şeirindən kompozisiya və Baba Pünhanın “Şəhid” şeiri səsləndirildi. Tədbir keçirilən zalda “Yaddaşlarda yaşayan qəhrəmanlıq” başlığı altında sərgi təşkil edilmişdir. Sərgidə nümayiş olunan ədəbiyyatlar haqqında Oxu zalın kitabxanaçısı Məhərova Gülarə oxuculara məlumat verdi. Tədbirin sonunda MKS-nın direktoru Əhmədova Yeganə çıxış edərək 20 Yanvar haqqında öz fikirlərini bölüşdü, tədbir iştirakçılarına və tədbiri təşkil edənlərə öz təşəkkürünü bildirdi.