SumgaitLibrary

+994 186520087


20 Yanvar

18.01.2018-ci il tarixində Corat qəsəbə kitabxana filialda 1990-cı il 20 Yanvar faciəsinə həsr edilmiş “Şanlı tariximizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi. Tədbir 7 saylı məktəbin 3-cü sinifində təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə açan kitabxanaçı 20 Yanvar faciəsindən söhbət açdı. Sonra sinifin müəllimi N. Tağıyeva uşaqlara faciə haqqında məlumat verdi. Uşaqlardan İ.Məmmədov, N.Fərəcov, C. Şamilov, C. Hüseynli şəhidlərə həsr edilmiş şeirlər söylədilər. 20 Yanvara həsr edilmiş “Tarixin qan yaddaşı” sərgisi haqqında tədbir iştirakçılarına məlumat verildi. Tədbirin sonunda torpaqlarımız uğrunda şəhid olmuş qəsəbə şəhidlərinin abidəsi önünə tər qərənfillər qoyuldu.