SumgaitLibrary

+994 186520087


20 Yanvar

18.01.2018-ci il tarixində 20 Yanvar Hüzn gününün 28-ci ildönümü ilə əlaqədar olaraq S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi Sumqayıt şəhər 4-cü mikrorayon ərazisində yerləşən şəhidlərin abidə kompleksi önündə “Azadlığın 20 Yanvar zirvəsi” adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə İncəsənət şöbəsinin əməkdaşı Cəmilə Əliyeva açaraq bu günün tarixindən məlumat verdi. Sonra 14 saylı məktəbin 4Ç sinif şagirdlərinin ifasında Məmməd Aslanın “Ağla, qərənfil, ağla!” şeiri kompozisiya şəklində nümayiş olundu.14 saylı məktəbin ibtidai sinif müəllimi Nəzakət Rəhimova çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsindən 28 il ötsə də, heç kim unudulmur, heç nə yaddan çıxmır. Təkcə 20 Yanvar günü deyil şəhidlərimiz mütamadi olaraq yad edilir. Tədbirin sonunda şəhidlərin abidəsi önünə tər qərənfillər qoyuldu və şəhidlərimizin canları hesabına bizə qoyub getdikləri azadlığımızı, istiqlaliyyətimizi və müstəqilliyimizi qoruyub saxlamağa and içildi.