SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbi-bədii kompozisiya
17.01.2018-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar “Şəhidlər- Vətənin qələbə rəmzi adlı“ ədəbi bədii kompozisiya keçirmişdir. Şəhidlər Xiyabanında baş tutan tədbirdə ilk əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənirək birgə ifa edildi.Tədbirin aparıcısı AYB-nin üzvü, yazıçı Hafiz İmamnəzərli o müdhiş gecə - 1990-cı il 20 yanvarda baş verən hadisələri şəhid olan qəhrəmanlarımız öz qanlarıyla həmin günü şanlı bir səhifə kimi tariximizin yaddaşına yazdığını bildirdi.Sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov çıxış edərək tariximizə qanla yazılmış 20 yanvar faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Daha sonra S.Sarvan adına uşaq poeziya klubunun üzvləri – İlahə, Xoşqədəm Bağıyevalar, Ayan Ağayeva, Zəhra Bəşirli, İsmayıl Hüseynov, Lətifə Mahmudova, Ərtoğrul Salıflının ifasında səslənən şeirlər və kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda S.Sarvan adına Uşaq Poeziya Klubu üzvlərinin tərtib etdiyi qətnaməni Rəsul Bəhmənli oxuyub və sülh rəmzi olan göyərçinlər havaya buraxılıb.