SumgaitLibrary

+994 186520087


Xatire gecesi

17.01.2018-ci il tarixində Gənclər kitabxanasında 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar 1 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə “Tarixdə tarix tək qalan gecə” adlı xatirə gecəsi keçirilmişdir. Tədbir Azərbaycan Dövlət Himninin sədaları altında başladı.Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sona Eminova açmışdır. Məruzədə 20 Yanvar faciəsinə gedən yolun mərhələlərindən, azadlıq uğrunda aparılan mübarizədən, SSRİ-nin rəhbəri, ermənilərə havadarlıq edən M.Qorbaçovun fərmanı ilə Bakıya - dinc əhalinin üstünə qoşun yeridilməsindən söhbət açılmışdır. Qeyd olunmuşdur ki, xalqımız bu faciədən sarsılmayaraq azadlıq mübarizəsi yolunu davam etdirmiş, 1991-ci ilin oktyabrında müstəqilliyə qovuşmuşdur.Məruzədə həmçinin qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş, faciə ilə əlaqədar xalqımıza başsağlığı vermiş, respublikaya rəhbərlik edənlərin səriştəsiz fəaliyyətini tənqid etmişdir. Xüsusilə vurğulandı ki,Azərbaycan xalqı azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. Sonra söz 1 saylı tam orta məktəbin şagirdlərinə verildi. Aparıcılar Mürvət Əbilov və Sona Mirzəyeva tədbir boyu 20 yanvar hadisələrinə aydınlıq gətirmiş, Həsənli Kamran, Salamzadə Sona, Məmmədli Nəzrin, Leyla Rzayeva, Cabbarlı Mədinə, Hacızadə Tofiq, Qocayeva Əminə ədəbi kompozisiya nümayiş etdirmiş, şəhidlərə həsr edilmiş şeirlər söyləmiş, şəhidlərin xatirəsini həmişə əziz tutacaqlarına and içmişlər. Yılmaz Sərvər, Həsənov Həsən və Həsənzadə Eşqin “Şəhidlər”ə, “20 Yanvar” a həsr eilmiş mahnılar oxudular.Sonda Sona Eminova 1 saylı tam orta məktəbin kollektivinə dərin təşəkkürünü bildirmişdir.