SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

11.01.2018-ci il tarixində Gənclər kitabxanasının təşkilatçılığı ilə Laçın rayonu 5 saylı tam orta məktəbdə “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı çərçivəsində, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə Milli Qəhrəmanlar Mübariz Əhmədovun 55, Eldar Məmmədovun 50, Muxtar Qasımovun 60 və Nizami Məmmədovun 60-cı ildönümləri ilə əlaqədar “Vətən qəhrəmanlarını unutmur” adlı informasiya saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə bu qəhrəmanların həyat və fəaliyyəti, döyüş yolu haqqında qısa məlumat verdi, ölkənin müdafiəsi və düşmən tapdağında olan torpaqların azad edilməsi üçün aparılan mübarizədə qəhrəmanlıq simvoluna çevrilən və öz ölümü ilə ölümsüzlük qazanan Milli Qəhrəmanlarımızın həyat yolunun gənclərə örnək olduğunu və onun xatirəsinin daima ürəklərdə yaşayacağını bildirdi. Xüsusilə vuğuladı ki, dövlətimiz Milli Qəhrəman ailələrinin, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütamadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.