SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

27.12.2017 tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Bir olaq, yumruq olaq” adlı ədəbi-bədii gecə keçirildi. İncəsənət şöbəsinin mültimedia mütəxəssisi Məhəmmədova Sevda bu günün tarixindən məlumat verdi. O, qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Sonra oxucuların ifasında həmrəylik gününə həsr olunmuş şeirlər səsləndi. Tədbir “Yaşa, mənim xalqım!” mahnısının sədaları altında başa çatdı.