SumgaitLibrary

+994 186520087


Səhərcik

26.12.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə əlaqədar “Qış nağılı” adlı səhərcik keçirilmişdir. Tədbirdə uşaq şöbəsinin müdiri Y.Hüseynova bayram münasibətilə iştirakçıları təbrik etdi, xoş arzularını bildirərək aparıcıları Bağıyeva İlahə və Xoşqədəm bacılarını onlara təqdim etdi. Sonra uşaqlar həmrəylik gününə və yeni ilə həsr olunmuş şeirlər söylədilər. Oxuculardan Aynur Kərimova, Lətifə Mahmudova, İnci Hüseynova, Ayan Ağayeva “Yeni il gəldi” mahnısını xorla ifa etdilər. Şaxta baba və qar qızın gəlişi şənliyi daha da canlandırdı. Uşaqlar şaxta baba və qar qızla birlikdə rəqs etdilər, aparıcıların söylədiyi tapmacalara cavab verdilər, yanıltmaclar, lətifələr danışdılar. Zəhra Bəşirli və Kamal Bəşirli “Sevimli yolka” mahnısını oxudular. Uşaqlardan Vüqar Seyidzadə və Kənan Mahmudovun sazda, Cavidan Mirzəzadənin tarda, Ərtoğrul Salıflının qarmonda ifa etməsi şənliyi daha da rövnəqləndirdi. Lətifə Mahmudovanın oynaq bir musiqi sədaları altında rəqsi, İnci Hüseynovanın “Cırtdanın nağılı” nı musiqili şəkildə ifa etməsi şənliyə yeni bir rəng qatdı. Tədbir uşaqların birlikdə rəqsi ilə sona yetdi. Tədbirdə “Xoş gəlmisən təzə il” başlığı altında sərgi nümayiş edildi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid