SumgaitLibrary

+994 186520087


Məlumat günü

12-18 dekabr tarixlərində Mərkəzi uşaq kitabxanasında müxtəlif məktəblərdən olan oxucuların iştitakı ilə “Fonda daxil olan yeni ədəbiyyat” adlı məlumat günü keçirildi. Sərginin birinci günü tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova 28 saylı məktəbdən olan 1A və 1B, 5B sinif şagirdlərinə əvvəlcə Mərkəzi uşaq kitabxanasının fəaliyyəti, xidmət sahələri, ümumi fondu haqqında məlumat verdi. Sonra o, 2017-ci ildə fonda daxil olan yeni kitablar haqqında statistik rəqəmləri açıqlayaraq bildirdi ki, cari ildə kitabxanamıza 318 adda 812 nüsxə ədəbiyyat və CD (27-si elektron informasiya daşıyıcısı olmaqla) daxil olmuşdur. Bunlardan təbiət elmləri üzrə 5 kitab, sosial-siyasi, humanitar və iqtisadiyyat elmləri üzrə 33 kitab, fəlsəfə elmləri üzrə 2 kitab, 105 nüsxə məlumat nəşrləri, ensiklopediyalar, 667 kitab isə bədii ədəbiyyat üzrə, 612 nüsxə azərbaycan dililində, 30 nüsxə ingilis dilində, 170 nüsxə isə rus dilində olmuşdur. Daha sonra o, oxucuların diqqətinə səbəb olmuş kitabların qısa xülasəsini vermişdir. Məlumat günündə xüsusi olaraq qeyd edildi ki, hesabat dövrü ərzində Mədəniyyət və turizm naziri Ə. Qarayevin Sumqayıtda vətəndaşları qəbulu zamanı əməkdaşımız Müjgan İbrahimova kitabxanamızda rus dilində uşaq ədəbiyyatının azlığı ilə bağlı məlumat vermiş və kitabxanamızın bu kitablar ilə təmin olunmasına köməklik göstərilməsini ondan xahiş etmişdi. Nazirin bu müraciətlə bağlı göstərişinə əsasən F. B.Köçərli adına Respublika Uşaq Kitabxanasından rus dilində yeni uşaq ədəbiyyatları kitabxanaya hədiyyə verilmişdir. 72 adda 126 nüsxə hədiyyə kitabların geniş sərgisi həftəboyu oxucuların ixtiyarına verilmişdir. Sərginin davam etdiyi həftə ərzində kitabxananın multimedia mütəxəssislərindən Qənimə Baqişova və Ramilə Fərəcullayeva da yeni kitablar haqqında oxucuları məlumatlandırdılar.