SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

14.12.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Abonement şöbəsi 5 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin 60 illik yubileyinə həsr edilmiş şifahi məlumatlandırma keçirdi. Tədbirdə Abonement şöbəsinin multimedia resursları üzrə mütəxəsisi Xəyalə Seyidnurova milli qəhrəmananın həyat yolundan bəhs etdi.O, vurğuladı ki, Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.