SumgaitLibrary

+994 186520087


Əliyar Əliyev

13.12.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günü münasibətilə şəhidin abidə kompleksi önündə “Vətən oğluydu Əliyar” adlı tədbir keçirmişdir .Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra İncəsənət şöbəsinin mültimedia mütəxəssisi Sevda Məhəmmədova, 29 saylı məktəbin müəllimi Vəzifə Həsənova Əliyar Əliyevin həyatı, keçdiyi döyüş yolun haqqında məlumat verdilər. Sonra şair Ələsgər Həsənli Milli Qəhrəmana həsr etdiyi “Yaddaşdan yaddaşa” poemasından söhbət açdı. 29 saylı məktəbin 4cü sinif şagirdlərinin ifasında “Yaddaşdan yaddaşa” poeması kompozisiya şəklində səsləndi. Sonda Milli Qəhrəmanın abidəsi önünə tər qərəfillər qoyuldu/