SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Anım günü
12.12.2017-ci il tarixdə Gənclər kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycanın özü qədər əbədi” adlı məruzə keçirilmişdir. Azərbaycan dövlət Himni səslənmiş və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu diqqətə çatdıran kitabxananın müdiri Sona Eminova ölkəmizin dünyada tanıdılması və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində ümummilli liderin əvəzsiz xidmətlərindən danışıb. Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini bildirən kitabxana müdiri dahi şəxsiyyətin məğlubedilməzlik, əbədi qalib nümunəsi olduğunu vurğulayıb, Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həmçinin, dünyanın nəhəng siyasətçilərindən biri olduğunu qeyd edib. O, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edərək, dahi şəxsiyyətin müstəqillik, demokratiya, ədalətlilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərın əsasını qoyduğunu bildirib.Həmçinin qeyd edib ki, ulu öndərin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurların Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və daha da zənginləşdirildiyini diqqətə çatdırıb.